BRIDGESTONE R294 TƏKƏRLƏRİNİN QISA XARAKTERİSTİKASI
Bridgestone R294 təkərləri şəhərdaxili və şəhərlərarası istifadə üçün nəzərdə tutulan avtobusların, həmçinin yük avtomobilləri üçün nəzərdə tutulub.
Bridgestone R294 ilin istənilən mövsümündə itifadə edilməsi mümkün olan radial, kamersiz şinlərdir. Bridgestone R294 şinləri layihələndirilərkən onların konstruksiyasında istifadə olunan müxtəlif həllər çəkinin aşağı salınmasına yönəldilib.
Bridgestone R294 şinlərinin protektorunda səth ilə təmas nöqtəsindən suyu asanlıqla çıxarmağa xidmət edən 4 kanal mövcuddur. Protektorun cizgisi həm quru, həm də yaş səthlərdə əla idarəetmə göstəriciləri nümayiş etdirməyə imkan verir. Protektor cizgisinə həm də qeyri-bərabər aşınmaya yol verməyəcək müxtəlif elementlər daxildir.
Bridgestone R294 şinlərinin protektorunun rezin qarışığında istifadə olunan yüksək keyfiyyətli komponentlər onların aşınmaya davamlılığını və uzunmüddətli istismarını şərtləndirir.