Təkər stokda bitmişdir. 205/60 R16 ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • Marka zəmanəti
  • Almaniya
  • H (210 km/saat)
  • 92 (630 Kq)

Continental ContiPremiumContact 5 şininin xarakteristikası 

Continental ContiPremiumContact 5 yay şini olub minik avtomobillərində istifadə olunmaq üçün nəzərdə tutulub. Bu şin quru və yaş yolda tormoz yolunu qısaldan, keçiciliyi gücləndirən, yırğalanma əleyhinə müqaviməti azaldan və idarəetməni yüksəldən istismar keyfiyyətləri ilə dərhal diqqəti özünə cəlb edir. Model öz seqmentində əla istismar göstəriciləri ilə digərlərindən fərqlənir: tormoz yolunun 15% daha az olması, yırğalanma əleyhinə müqavimətin 12% aşağı düşməsi, keçiciliyin 8% artması və sürüş zamanı rahatlığın 5% yüksəlməsi. 
Continental CPC5 şinini hazırlayan mühəndislər protektorun çiyin zonasındakı massiv kanallara daha çox diqqət ayırıblar. Sürətli idman şinlərinə uyğun olan bu konstruksiya isə müxtəlif manevrlərdə və döngələrdə əla səth təmasını təmin edir. Belə konstruksiyanın sayəsində çiyin zonasında yüklənməyə məruz qalmayan və protektoru stabilləşdirən dayaq səthi artır. Bu isə sürücüyə döngələrə daha arxayın girməyə imkan verir, müxtəlif tipli maneələri ötüb keçərkən təhlükəsizliyi yüksək səviyyədə təmin edir. Mühəndislər tormoz yolunu xüsusi 3D kanallarının hesabına azalda biliblər. Protektorun bloklarında yerləşən çarpaz yuvalar blokların "sürüşməsinin" qarşısını alır, bununla da tormozlanma zamanı güc sərf edən səthin sahəsi artır. 
İstənilən səthdə tez dayanmaq üçün protektorun qrunt ilə təmas hissələri əlavə çıxıntılarla təchiz olunublar. Onların iş prinsipi avtomobilin şüşəsilənlərindəki kimidir: onlar hərəkətdə olarkən tormoz yolunu qısaldaraq su təbəqəsini dağıdırlar. Continental ContiPremiumContact 5 şini su layının öhdəsindən akva-çıxıntılar (ламел) sayəsində asanlıqla gəlir. Onların hesabına yüksək sürətlə hərəkət zamanı su ani olaraq xaric olunur, bu zaman kurs dayanıqlığı üçün vacib olan protektorun sərtliyinə heç bir xələl gəlmir. Yırğalanma əleyhinə minimum müqavimətə nail olmaq üçün çiyin zonası və şinin kəmərinin yanları elə layihələndirilib ki, karkas daim stabil qalsın. Çiyin zonasını layihələndirən zaman mühəndislər bu yolla gediblər: yan zona çevik oldu, çıxıntı zonası isə gücləndirilib. Nəticədə yırğalanma əleyhinə müqavimət azalıb, idrəetmə dəqiqliyi isə artıb.

Continental ContiPremiumContact 5 şininin əsas xüsusiyyətləri 

— protektorun xüsusi cizgisi əla idarəetmə və kurs dayanıqlığına şərait yaradır; 
— unikal çıxıntılar tormoz yolunu və səs effektini azaltmağa imkan verir; 
— karkasın xüsusi konstruksiyası hərəkətdə yüksək təhlükəsizliyi təmin edir.

3562480000
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 88.33 M 265 M
6 ay 44.17 M 265 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 88.33 M 265 M
6 ay 44.17 M 265 M