Təkər stokda bitmişdir. 245/45 R18 ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • 1 il
  • Almaniya
  • Y (300 km/saat)
  • 99 (775 Kq)
Continental ContiSportContact 3 şininin xarakteristikası 

ContiSportContact 3 - lüks, həmçinin eksklüziv və bahalı idman avtomobilləri üçün nəzərdə tutulmuş yay şinləridir. ContiSportContact 3 ağlagəlməz situasiyalarda fövqəladə tormozlanma və idarəetmə imkanlarına hesablanmış bir layihədir. Digər yay şinləri kimi bu şin modelindən də asfaltın qar örtüyünə büründüyü və buz bağladığı qışda istifadə etmək olmaz. 
ContiSportContact 3 şininin protektoru asimmetrik cizgiyə malikdir. Bu da maşını həm quru, həm də yaş asfaltda idarə etməyə şərait yaradır. Protektorun sərt blokları, həmçinin mərkəzi qövs döngələrdə idarəetmə və çevik cavab reaksiyası almağa imkan verir. Balaca blokların müxtəlif ölçüləri və onların arasındakı optimallaşdırılmış məsafə şinin asfaltda hərəkəti zamanı yaranan səsin səviyyəsini aşağı salır. Protektorun yan hissələrindəki drenaj kanalları şinin təmas zonasındakı su ilə effektiv mübarizə aparmasına yardım edir. Protektorda su layının yaranma riski nəzərəçarpacaq səviyyədə aşağı salınır. 
Bir çox populyar avtomobil şinləri kimi Continental ContiSportContact 3 şinində də neylonla möhkəmləndirilmiş 2 qat polad kord mövcuddur. Bu kord təmas zonasını stabilləşdirir və yol səthi ilə təması yaxşılaşdırır. 

Continental SportContact 3 şininin əvvəlki nəsil şinlərdən fərqləri 

— tormoz yolu 5% azalıb; 
— su layının yaranması riski 6% azalıb; 
— sürüşməyə müqavimət 5% artırılıb; 
— uzunmüddətə istifadə imkanı 5% artırılıb.
3572520000
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 145.33 M 436 M
6 ay 72.67 M 436 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 145.33 M 436 M
6 ay 72.67 M 436 M