Təkər stokda bitmişdir. 275/45 R21 ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • 1 il
  • Portuqaliya
  • Y (300 km/saat)
  • 107 (975 Kq)

Continental ContiSportContact 6 şininin xarakteristikası 

Alman şin istehsalçısının son yeniliklərindən olan Continental ContiSportContact 6 yay şini öz texniki xarakteristikaları hesabına həm özündən əvvəlki 5 nəsildən, həm də rəqiblərindən aşkar üstünlüyü ilə fərqlənir. Belə bir üstünlük isə istehsalda müasir materiallardan istifadə və müasir texnologiyaların tətbiqi sayəsində əldə olunub. 

Black Chili rezin qarışığının təkmilləşdirilməsi
 
Bu model alman şin istehsalçısının protektoru tərkibi təkmilləşdirilmiş rezin qarışığı Black Chili-dən hazırlanmış ilk şindir. Müasir vəziyyətində bu qarışıq protektora yolun nahamarlıqlarına qarşı daha dözümlü olmasına imkan yaradır. Bu zaman təmas anında şin və yol səthi arasında atomlar səviyyəsində rezin qarışığının yapışması baş verir. Bu proses yol şəraitindən asılı olmayaraq səth təmasını əhəmiyyətli dərəcədə yüksəldir. 

Sükan dönmələrinə çevik və dəqiq reaksiyalar
 
Protektor cizgisində xüsusi elementlər mövcuddur və bu elementlər isə sükan dirəyindən gələn gücün istiqamətləndirilməsi üçün optimallaşdırılmasını həyata keçirirlər. Bu elementlərin yerləşdiyi uzununa qövslər protektorun enindən asılı olaraq üç və ya dörd ola bilər. Bu elementlərdən hər biri yüksəldilmiş sərtliyi,dayanıqlığı və deformasiyaya dözümlülüyü ilə diqqət çəkir. Nəticədə düzünə hərəkət zamanı idarəetmənin operativliyi güclənir. Manevr zamanı xarici yüklənmənin əsas hissəsi protektorun xarici hissəsinə ötürülür. Bu səbəbdən də bu zonadakı çiyin hissələrin ölçüləri müxtəlifdir. Burada yerləşən bloklar müxtəlif dizayna malik olmasına baxmayaraq qrup halında birləşib vahid halda çalışırlar. Döngələri keçərkən onlar bir-birinə dayaq olaraq təması gücləndirir və idarəetməni operativləşdirir. 

Karkasın hazırlandığı innovativ konstruksiya və materiallar 
Modelin müxtəlif ölçüləri 360 km/saat sürətədək hərəkət etməyə imkan verir. Bu göstəriciyə nail olmaq üçün alman mütəxəssislər brekerin konstruksiyasını əhəmiyyətli dərəcədə dəyişməli olublar. Onun hazırlanmasında neylon korda sıxılmış aramid liflərindən ibarət 2 korddan ibarət Aralon 350 adlı materialdan istifadə olunub. Bu sintezdən alınan kord karkasın üst təbəqəsində, birbaşa brekerin altında yerləşir. Bu isə şinə mərkəzdənqaçma qüvvələrinin təsiri altında yüksək sürət həddində öz formasını dəyişməyə imkan verir. 

Continental ContiSportContact 6 şininin əsas xüsusiyyətləri
 
— modernləşdirilmiş Black Chili qarışığı; 
— yüksək səviyyəli operativ idarəetmə; 
— bütövlükdə sintetik materiallardan hazırlanmış gücləndirilmiş karkas konstruksiyası.

3110050000
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 262.67 M 788 M
6 ay 131.33 M 788 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 262.67 M 788 M
6 ay 131.33 M 788 M