Goodyear Eagle F1 Asymmetric 2 şininin xarakteristikası
Eagle F1 Asymmetric 2 şini sürətlə hərəkət üçün nəzərdə tutulan yeni məhsuldur. Avropanın təhlükəsizlik və keyfiyyət standartlarına tam cavab verir.
Goodyear Eagle F1 Asymmetric şininin sınağı
Müştərilərə təqdim edilməmişdən əvvəl Goodyear Eagle F1 Asymmetric təkəri istehsalçı tərəfindən çoxsaylı sınaqlardan keçirilib. Məhsulun çatışmazlıqları və inkişaf imkanlarını qiymətləndirmək üçün Almaniya və Fransa kimi ölkələr seçilib. Əldə olunan nəticələr rəqibləri çox geridə qoymaq üçün qənaətbəxş olub.
Eagle F1 Asymmetric həm quru, həm də yaş yolda əla idarəetmə göstəriciləri nümayiş etdirir. Bundan başqa teker vibrasiya əleyhinə yaxşılaşdırılmış müqavimətə malikdir. «ActivBraking» texnologiyası və yeni tərkibli rezin qarışığı sürücüyə bir çox arzuolunmaz hallardan qaçmağa imkan verir.
Goodyear Eagle F1 Asymmetric şininin əsas xüsusiyyətləri
Yüksək sürət shini olaraq bu məhsul analoqlarından onunla fərqlənir ki, qəfil tormozlanma zamanı onun forması dəyişir (protektor blokları genişlənir), nəticədə yol ilə təmas güclənir. Goodyear Eagle F1 Asymmetric təkərlərinin yanacaq sərfiyyatı və dəm qazı ixracı «FuelSaving» texnologiyasının sərt nəzarəti altındadır. Digər bir vacib xüsusiyyətlər sırasında nisbətən böyük olmayan çəki (tərkibindəki kauçuk payının artması hesabına) və şinin qızmasını və vibrasiyasını azaldan konstruksiyadır. Karkas hətta ən pis hava şəraitində belə təkrarolunmaz idarəetməni təmin edir. Yeni formulaya malik silika quru yolda manevr imkanlarını artırır. Eagle F1 Asymmetric (idman avtomobilləri üçün) tekerlerinin xüsusi rezin tərkibi hətta yaş yolda belə hərəkətdə özünü arxayın hiss etməyə imkan verir.