Təkər stokda bitmişdir. 285/30 ZR19 XL ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • Marka zəmanəti
  • Fransa
  • Y (300 km/saat)
  • 98 (750 Kq)
MICHELIN PILOT SUPER SPORT şini haqqında məlumat

"Super sport" seqmentinə daxil olan bu model yüksək sürət hədlərində avtomobilin idarəetməsinə etibarlı nəzarəti qoruyub saxlamağa kömək edir. 

Modelin üstünlükləri nələrdir?
- daha çox güvən və sürət: quru və yaş yol səthlərində təhlükəsizlik:
Müasir rezin qarışığı texnologiyaları şinin protektorunu iki müxtəlif tərkibli və müxtəlif xüsusiyyətlərə malik rezin qarışığından hazırlamağa imkan verir. Protektorun xarici tərəfinin rezin qarışığı texniki karbonla gücləndirilib. Texniki karbon "24 saat Le-Man" yarışlarında istifadə olunan yarış şinlərində tətbiq olunur və şinə yüksək sürət həddində döngələrdə müstəsna səth təması bəxş edir. Protektorun daxili qatının rezin qarışığı isə son nəsil elomasterlərdən istifadə olunmaqla hazırlanır və yol səthinin ən xırda nahamarlıqlarına belə adaptasiya oluna biləcək elastiklik formalaşdırır. Həmçinin su qatını effektiv yararaq yaş səthlərlə təması gücləndirir. 
Hərəkətə nəzarət: yüksək sürət həddində mükəmməl idarəetmə
-Twaron adlanan dözümlü material sayəsində yüksək səviyyəli idarəetmə:
Twaron – möhkəmliyi ilə fərqlənən xüsusi maddə olub idman vasitələri istehsalında (tennis, yelkən idmanı, dağ motosiklet yarışları və s.), moto idmanda, aviasiya sənayesində və zirehli jilet istehsalında geniş tətbiq olunur. Twaron breker qatının saplarına daxildir və protektorun daxilində alt qatda bütün çevrə boyunca yerləşir. Bu material şinin yüksək sürət hədlərində deformasiyaya uğramasına imkan vermir. Məhz bu materialın tətbiqi bu şin modelinə imkan verir ki, stabillik və idarəetməni yüksək səviyyədə təmin etsin. 

MICHELIN Pilot Super Sport şini tormozlanmada rekord göstəriciyə sahibdir - 300-dən 0 km/saatadək.
MICHELIN Pilot Super Sport yay şinidir və +5 dərəcə Selsi temperaturdn aşağı temperatur rejimində istifadəsi tövsiyyə olunmur.

Michelin Pilot Super Sport modelinin üstünlükləri:
— Michelin şirkətinin təsdiqlədiyi məlumata görə, bu model idman avtomobilləri üçün şinlər sırasında ən sürətlisidir;
— şinin aşınmaya davamlığı əvvəlki nəsildən 25% daha üstün olmaqlarekord qırır;
— şinin protektoru bir neçə rezin qarışığından ibarətdir;
— avtomobilin hərəkətindən asılı olaraq təmas zonasının ölçüsü dəyişir.
002654
/

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 209.67 M 629 M
6 ay 104.83 M 629 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 209.67 M 629 M
6 ay 104.83 M 629 M