"Tekerstore.az" saytında sizə təklif olunan bütün şinlərə istehsalçı tərəfindən müəyyənləşdirilmiş istismar müddətinə qədər rəsmi istehsalçı zəmanəti verilir.

"Tekerstore.az" saytından sifariş etdiyiniz şinləri qəbul edərkən öncə onların xarici görünüşünü diqqətlə yoxlayın. Hər hansı bir nöqsan aşkarlayacağınız halda siz sifarişdən imtina etmək hüququnuzdan istifadə edə bilərsiniz.
Alışdan sonrakı istismar müddətində əldə etdiyiniz şinlərdə hər hansı nöqsan meydana çıxarsa, dərhal müştəri xidmətləri ilə əlaqə saxlayın , yaxınlaşıb nöqsanlı məhsulu təqdim edin. Zəmanət üzrə ixtisaslaşmış əməkdaş, yəni - həmin məhsulun Azərbaycanda rəsmi nümayəndəsi məhsul üzrə ekspertiza həyata keçirəcək.