Təkər stokda bitmişdir. 225/40 R19 ölçüylə bağlı digər təkərlərə buradan baxa bilərsiz.
  • Edilmir
  • -
  • 40000 km
  • Yaponiya
  • W (270 km/saat)
  • 93 (650 Kq)

Yokohama Advan Sport V103 şininin xarakteristikası

Yüngül yay şini Yokohama Advan Sport V103 avtomobili daha çox idman üslubunda idarəetməyə meylli olan, lakin bununla belə yüksək səviyyəli komfortdan da imtina etməyi düşünməyən şəxslər üçün nəzərdə tutulub. Yapon istehsalçısı bu modeli premium sinfinə aid məhsul kimi təqdim etsə də, sözügedən model 16-22 düym aralığında 50 ölçüdə kütləvi istehsal olunur. 
Şinin protektoru 24 saat davam edən nüfuzlu Le-Man yarışlarında istifadə olunan xüsusi idman şinlərinin hazırlanma texnologiyasından istifadə olunmaqla hazırlanıb. Yapon şin mühəndisləri bu modeli asimmetrik və istiqamətlənmiş cizgiyə malik, kompüter modelləşdirilməsi yolu ilə hazırlamış protektorla təmin ediblər. Bu yüksək keyfiyyətli şinin protektoru Y sürət indeksinə sahib olmaqla 5 uzununa qövslə və 2 çiyin zonası ilə təchiz edilib. Protektor elementlərinin asimmetrik quruluşu sayəsində şin iki hissədən ibarətdir: birinci hissə düzünə etibarlı və stabil yürüməni, ikinci hissə isə döngələri yüksək sürətlə keçməni təmin edir. Protektorun xarici hissəsində yüksək konstruktiv sərtliyə malik ikiqat uzununa qövs yerləşir. Bu qövsün yüksək sərtliyi sayəsində Yokohama Advan Sport V-103 şini istənilən sürət rejimində əla kurs stabilliyi və effektiv tormozlanma nümayiş etdirir. Bundan başqa bu qövsün sərt konstruksiyası yüksək sürətə sükanın reaksiyasını yüksəldir və idman üslubunda idarəetməni təmin edir.

Rezin qarışığının innovativ tərkibi 

Bu model dünyada ZERUMA adlı patentli texnologiyanın tətbiq olunduğu ilk şinlərdən biridir. Bu texnologiya şinin rezin qarışığının tərkibinə xüsusi cismin - "yumşaldıcı agent"in daxil edilməsini nəzərdə tutur. Bu komponent imkan verir ki, rezin qarışığının tərkibindəki silisium şinin protektoru boyunca bərabər paylansın. Silisium – silikon tərkibli komponent olub şinə elastiklik verir. Bunun sayəsində protektor yol örtüyü ilə daha möhkəm təmas qura bilir.
Rezin qarışığının yüksək silisium həcmli tərkibindən başqa bu model həm də effektiv drenaj sisteminə malikdir. Protektorun bu elementi 4 enli uzununa kanaldan və çoxsaylı çarpaz kanallardan ibarətdir. Yaş yolda hərəkət zamanı su dörd kanalda toplanır və yan kanallara yönəldilir oradan isə xaric olunur. Suyun xaric olunması sürətini ellips formalı çarpaz kanalların hesabına artırmaq mümkün olub. 

İstənilən sürətdə stabillik

Bu model daxildən «Strength from the inside» adlanan xüsusi sistemlə təchiz olunub. Bu konsepsiyanın məqsədi yüksək sürət həddində maksimum çox saylı dönmələri stimullaşdırmaqdır. 
Advan Sport V103 təkər diskinə uyğundur. Bunun sayəsində şin hərəkətdə yumşaqlıq və təzyiq itiriləndə möhkəmlik qazanır. Metal kordun hesabına yan hissələr yüksək konstruksiya möhkəmliyinə malikdirlər. Rezin qarışığı isə hərəkətdə daha az istiliyin ayrılmasına yardımçı olur. 

Yokohama Advan Sport V103 şininin əsas xüsusiyyətləri

— yol örtüyünün və hərəkət rejiminin müxtəlifliyindən asılı olmadan şin forma stabilliyini saxlayır, qeyri-bərabər aşınmanın qarşısı alınır;
— dörd uzununa drenaj kanalının və çoxsaylı çarpaz kanalların yaş yolda yüksək sürətlə hərəkətdə aquaplanning riskinin qarşısı alınır;
— kompüter modelləşdirilməsi hesabına yaradılan protektor əla idarəetmə və aşağı səs səviyyəsi nümayiş etdirir;
— protektorun dairəvi profili yüksək sürətlə hərəkətdə stabillik və etibarlı davranış nümayiş etdirir.
YT00008
/

Bol Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 133 M 399 M
6 ay 66.5 M 399 M

1 Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 133 M 399 M
6 ay 66.5 M 399 M

Tam Kart
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 133 M 399 M
6 ay 66.5 M 399 M

Nisyə Satış - Caspian Finans
 
Müddət Aylıq ödəniş Cəmi
3 ay 152.42 M 457.25 M
6 ay 79.14 M 474.81 M
9 ay 54.84 M 493.56 M
12 ay 42.73 M 512.72 M